Pakistanın Sind əyalətində bir neçə gündür davam edən güclü yağış nəticəsində məscidin damı uçub.
Modern.az Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 70 nəfər yaralanıb.
Bildirilir ki, güclü yağışın binanın dayaq konstruksiyalarını yuyub.
Qeyd edək ki, iki aydır davam edən yağış Pakistanda 820 nəfərin həyatına son qoyub.