
“Zalim İstanbul” serialında rol alan Bahar Şahin son açıqlaması ilə müzakirələrə səbəb olub.
Milletinsesi.az xəbər verir ki, aktrisa sözügedən serialın çəkilişləri zamanı həmkarı Mine Tuqay tərəfindən zorakılığa məruz qaldığını deyib. Bahar həmkarı tərəfindən “Varoş” deyə təhqir olunduğunu da əlavə edib:
“Gəncliyimin ən gözəl illəri məhv oldu. Çox sevdiyim bir aktrisa idi. Seriala qatılmazdan əvvəl o qədər həyəcanlı idim ki, ona mesaj göndərdim. Serialın yaxşı reytinqləri, tamaşaçılar arasında məşhurluğum və oynadığım obraz çəkiliş zamanı bir neçə nəfərlə münasibətlərimin pozulmasına səbəb oldu. Etdiklərimi bəyənmədilər, özümü güvəndə hiss etmirdim”.
Tuqay isə öz növbəsində haqqında səsləndirilən iddiaları sosial media hesabından təkzib edib:
“Məni etmədiyim hərəkətlərə və işlətmədiyim sözlərə görə ittiham ediblər. Buna çox kədərləndim. Etmədiyim bir şeyə görə ittiham olunmağı özümə qarşı hörmətsizlik və məqsədli şəkildə atılmış addım kimi görürəm. Yenə də hamıya yaxşılıq arzulayıram”.Axşam.az