
İtalyan geyim, ayaqqabı və aksesuar markası Fendi Rusiyadakı son mağazasını bağlayıb.
Moderator.az xarici mediaya istinad edərək xəbər verir ki, söhbət Moskva GUM ticarət mərkəzindəki butikdən gedir.
Jurnalistlərin ixtiyarında olan mühasibat hesabatlarına görə, törəmə şirkət olan Fendi Ru MMC-dən pərakəndə satış sahəsinin icarə müqaviləsinin müddəti 31 dekabr 2023-cü ildə başa çatıb. GUM özü dəqiqləşdirib ki, Fendi-nin yerində italyan brendi Pinko mağazası açılacaq.
Bundan əlavə, Fransanın “Hermes” moda evi adıçəkilən ticarət mərkəzindəki butikini bağladığı qeyd edilir. GUM nümayəndələri bu məlumatı təsdiqləsələr də, vakant yerə namizədlərlə bağlı təfərrüatları açıqlamayıblar.
Mart ayında məlum oldu ki, Fransanın lüks brendi Chanel Rusiyada işlərin başa çatdırılması ilə bağlı danışıqlara başlayıb. Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Pavel Lyulinin sözlərinə görə, şirkət Rusiya ticarət mərkəzlərində icarə müqavilələrini pozur və 2022-ci ildən istifadə olunmayan binaları boşaltmağı planlaşdırır.