Məşhur futbolçu qəzaya düşdü, xəsarət aldı – Foto

Məşhur futbolçu qəzaya düşdü, xəsarət aldı – Foto

“Fənərbağça”nın sabiq futbolçusu Edin Ceko İtaliyada avtomobil qəzasına düşüb.

Millətin Səsi.az xəbər verir ki, qəza nəticəsində 39 yaşlı forvard müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaya səbəb avtomobilin əyləc sistemindəki nasazlıq və yağışlı hava şəraiti olub.

Təcrübəli forvardın 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Ceko bu ilin yayında “Fənərbağça”dan ayrılaraq “Fiorentina”ya keçib. O, Seria A komandasının heyətində üç oyunda 1 qol vurmaqla yadda qalıb.

Share: