Məşhur kino ulduzu Türkiyəyə gedir

Dünyaca məşhur kino ulduzu və aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqal filmə çəkilmək üçün Türkiyəyə gedir.

Stiven Siqalın 2015-ci ildə ailəsi ilə birlikdə Yunanıstana getmək istəyərkən qayığın batması nəticəsində həyatını itirən 3 yaşlı suriyalı Aylan Kurdi ilə bağlı çəkilən filmdə rol alacaq.

Çəkilişlər Bodrum şəhərində aparılacaq.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsindən qaçaraq Yunanıstana getməyə çalışarkən 3 yaşlı Aylan Kurdinin ailəsinin mindiyi qayıq yola düşməyə başlayandan bir neçə dəqiqə sonra hündür dalğalar onu aşırmış, gəminin kapitanı isə qaçmışdı.

Bodrum sahillərində cansız bədəni tapılan körpənin faciəsi bütün dünyanı sarsıtmışdı./teleqraf

Share: