Əfsanəvi rusiyalı fiqurlu konkisürən Aleksandr Qorşkov 76 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan bildirib.
Aleksandr Qorşkov bir vaxtlar fiqurlu konkisürmə yarışlarında Lyudmila Paxomova ilə cütlük təşkil edirdi.
Bu cütlük fiqurlu konkisürən idman növü üzrə ilk olimpiya çempionudur. Onlar 1976-cı ildə Avstriyanın İnsbruq şəhərində zəfər qazanmışdılar. Cütlük altı dəfə dünya çempionu olub, eyni sayda da Avropa çempionu adını qazanıb.
İdman karyerasını başa vurduqdan sonra Aleksandr Qorşkov ölkədə fiqurlu konkisürmənin inkişafı üçün çalışıb, son illərdə Rusiya Fiqurlu Konkisürmə Federasiyasına rəhbərlik edib.