Məşhur rejissor reanimasiyaya yerləşdirilib

Rusiyanın məşhur rejissoru və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rejissor hazırda Moskva xəstəxanasındadır.

Məlumata görə, Mixalkov yanvarın 5-də xəstəxanaya yerləşdirilib. O, 67 saylı Şəhər Kliniki Xəstəxanasından bu gün Moskva xəstəxanasına köçürülüb. Rejissora koronavirusun səbəb olduğu pnevmoniya diaqnozu qoyulub. Bununla belə, Mixalkovun mətbuat xidməti ona adi qrip diaqnozu qoyulduğunu bildirib.

Rejissor reanimasiyaya yerləşdirilərkən huşunu itirmiş vəziyyətdə olub. Mixalkovun bağırsaqlarında da problemlər olduğu qeyd edilir.

“Oskar” mükafatçısının vəziyyətinin ağır olduğu bildirilir.
 

Mənbə

Share: