Maduro Ərdoğanı “böyük qardaş” adlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın “böyük qardaşı” olub.

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro Karakasda Türkiyə nümayəndə heyəti ilə görüşündə deyib.

“Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı çox sevirik, çünki o, xeyirxah insandır və böyük ürəyi var. Ərdoğan ən çətin illərdə həmişə Venesuelanı dəstəkləyib. O, ölkəmizə sevgi və şəfqət əlini uzadıb”, – Maduro bildirib.

Maduro Türkiyənin ticarət naziri Mehmet Muşla danışıqların son dərəcə məhsuldar keçdiyini bildirib.
Türkiyə nümayəndə heyəti ilə görüş çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası ilə Venesuelanın Beynəlxalq Sənaye İnvestisiyaları Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Mənbə

Share: