Venesuela Prezidenti Nikolas Maduro bu gün Rusiyaya rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, Moskvaya enməsi barədə venesuelalı lider özünün “Twitter” səhifəsində də qeyd edib.
N.Maduro sosial şəbəkədə yazıb: “Rusiyaya gəldik ki, tarixi əlaqələrimizi daha da möhkəmləndirək”,
Bir müddət öncə isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi bəyan etmişdi ki, rusiyalı lider çərşənbə günü venesuelalı həmkarı ilə görüşəcək.