Maduronun həbsi ilə 2 milyard dollarımız batdı – Zəncani

Maduronun həbsi ilə 2 milyard dollarımız batdı – Zəncani

Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bu ölkənin İrana ödəməli olduğu 2 milyard dollar borc da batdı.

Millətin Səsi.az xəbər verir ki, bunu İranın tanınmış iş adamı Babək Zəncani özünün X səhifəsində yazıb.

“İran tarixində sanksiyalara görə təzyiqlərə məruz qalan və edam hökmünə məhkum edilən yeganə şəxs mən olmuşam”, – iş adamı əlavə edib.

O, ad çəkmədən Venesuelada olan 2 milyard dolların sanksiyalardan yayınmaq istəyən İran hökuməti məmurlarının fırıldaqçılığı nəticəsində yoxa çıxdığını yazıb.

Axar.az

Share: