“Magistraturada yeni ixtisaslar iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”

Nazirlər Kabineti Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilməsinə aydınlıq gətirib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Nazirlər Kabineti qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən Dövlət informasiya sistemlərinin təhlükəsizliyi, Rəqəmsal hökümət, Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellect, Məsafədən müşahidə və Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisaslarının daxil edilməsini nəzərdə tutur.

Nazirlər Kabineti nəzərə çatdırır ki, bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Share: