Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi, eləcə də, bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb.
‘Report xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, hazırlanmış təkliflər layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.