Makron Avropa liderlərini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Makron  Avropa liderlərini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarını Rusiya ilə dialoqu bərpa etməyə dəvət etdiyini bildirib.

Millətin Səsi.az xəbər verir ku, o barədə Almaniya mətbuatına açıqlama verib: “Biz məsələ ilə bağlı müzakirələri başqasına həvalə etmək istəyirik? Coğrafi mövqeyimiz dəyişməyəcək: Rusiyanı bəyənsək də, istəməsək də, gələcəkdə də orada olacaq. Bu, bizim qonşumuzdur”.

Ona görə də o, “sadəlövhlük və ya ukraynalılara təzyiq göstərmədən, lakin bu müzakirədə üçüncü tərəflərdən müstəqil olmaq məqsədi güdərək ruslarla Avropa müzakirələrinin bərpasını təşkil etmək” zərurətini görür.

Makron bəyan edib ki, dekabrda Moskva ilə dialoqu bərpa etmək məqsədəuyğun olardı.

Share: