
“Makron hökumətinin səhvləri çoxdur və bu səhvlər Fransanı fəlakətə sürükləyir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Fransa Senatının 17 yanvar tarixində ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnamə bu səhvlərdən biridir:
“Fransa Senatının ölkəmizlə bağlı qəbul etdiyi son qətnamə absurd və son dərəcə qərəzlidir.
Bu qətnamə bir daha sübut edir ki, Makron və eləcə də Fransa hökuməti həqiqəti, mövcud reallıqları görmək, qəbul etmək istəmirlər. Onların Azərbaycana qarşı münasibəti ədalətsiz və yanlışdır.
Azərbaycan Vətən müharibəsində, eləcə də lokal antiterror tədbirləi nəticəsində öz ərazi bütövlüyünü təmin edib və bu, onun beynəlxalq qanunvericiliklə təsbit olunan haqqıdır. Buna görə Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymaq, ölkəmiz haqqında yanlış təsəvvür yaratmağa çalışmaq yolverilməzdir. Bu, Fransanın özünə, onun xarici siaysətinə yaxşı heç nə vəd etmir və bu cür addımlarla rəsmi Parisin nəyəsə nail olması mümkün deyil”.
Seymur ƏLİYEV