Makrona açıq məktub – Fransız senatorlardan acı etiraflar

Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin artmasına səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzetində dərc olunan 92 fransız senatorunun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktubda deyilir.

 

“Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d’İvuar kimi bizə yaxın ölkələrdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur”, – deyə senatorlar bildiriblər.

 

Onlar Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində də qeyri-müəyyənliyin mövcudluğunu qeyd edib, eləcə də qitədə fransız dilinin rolunun tədricən azalmasına da diqqət çəkiblər.

Mənbə

Share: