Makrondan hərbi qiyama sərt reaksiya

Mali Prezidenti və Baş naziri sərbəst buraxılmalıdır.

Milletinsesi.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında deyib.

“Terror təşkilatlarına qarşı mübarizə demokratiya və hüququn aliliyinin ayrılmaz hissəsidir. Bundan imtina etmək sabitliyi pozur və mübarizəmizi zəiflədir. Bu, qəbuledilməzdir. Hakimiyyəti mülki şəxslərə təhvil verməyə və konstitusiya quruluşuna qayıtmağa çağırırıq.

Bununla yanaşı, ölkə Prezidenti və Baç nazir də sərbəst buraxılmalıdır”, – Makron deyib.

Share: