
Fransa prezidenti Emmanuel Makron və ölkənin baş naziri Elizabet Bornun reytinqi aşağı düşüb.
Modern.az xəbər verir ki, bu barədə məlumat “Odoxa” kompaniyasının “Public Senat” parlament telekanalının sifarişi ilə keçirdiyi sorğunun nəticələrində yer alıb.
Sosioloji tədqiqata əsasən, vətəndaşların yalnız 36 faizi Emmanuel Makronu yaxşı prezident sayır, bu da ötən ayla müqayisədə beş faiz aşağıdır. Məlumata görə, yanvar ayında baş nazirin reytinqi beş faiz azalaraq dekabr ayı ilə müqayisədə 31 faiz təşkil edib.
Prezident və baş nazirin reytinqinin aşağı düşməsi ölkədə etirazlara səbəb olan pensiya islahatları ilə əlaqədardır.
Qeyd edək ki, 2023-cü il yanvarın 25-26-da keçirilən sosioloji rəy sorğusunda 18 yaşdan yuxarı 1004 fransalı iştirak edib.