Maksim “Qarabağ”ın yubiley qolunu vurdu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün  əlamətdar olub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley qoluna imza atıb. Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub.

Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

3:0 hesabı ilə qalib gələn “Qarabağ” qapısını toxunulmaz saxlayıb.

Həmçinin Ağdam klubu ölkə kubokunda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tək edib.

Share: