Malatyada azərbaycanlı tələbələrdən birinin nəşi TAPILDI 

Malatyada azərbaycanlı tələbələrdən birinin nəşi TAPILDI 

Malatyada zəlzələ nəticəsində binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrdən birinin nəşi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə AzTV-nin ərazidəki müxbiri məlumat yayıb.

 

Bildirilib ki, Malatya universitetinin tələbəsi Şahin Vəliyevin nəşi dayısı Azər Hüseynov tərəfindən tanınıb.

 

Tələbənin nəşinin tezliklə Vətənə gətiriləcəyi qeyd olunub.

Mənbə

Share: