Malayziya dəniz qumunu ixrac etməyə qadağa qoydu

Malayziya rəhbərliyi dəniz qumunun ölkədən qırağa satılmasına qadağa qoyub.

TASS xəbər verir ki, bunu Malayziyanın su, torpaq və təbii sərvətlər naziri Havyer Cayakumar bildirib.

Onun sözlərinə görə, bu qərar ətraf mühitin qorunmasına yönəldilib və heç bir siyasi məna kəsb etmir.

Dövlət rəsmisi bildirib ki, çay qumu əvvəlki qaydada Hindistan, Çin və Sinqapura ixrac olunacaq.

“Dəniz qumu isə hazırda ölkə daxilində daha gərəklidir”, – deyə, nazir vurğulayıb.

Malayziya dəniz qumu əsasən Sinqapura ixrac olunur. Bu ada dövləti ərazisini süni genişləndirməyə cəhd edir. Dənizdən alınmış ərazilərdə iri layihələr həyata keçirilir. Onlardan biri – dünyada ən iri olacaq Tuas dəniz limanının tikintisidir.

Share: