Malayziyada minə yaxın insan təxliyə edilib

Malayziyanın şərq rayonlarında baş verən güclü daşqınlar səbəbindən 1 mindən çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.

Milletinsesi.az-ın trendə istinadən məlumatına görə, bu barədə “The Straits Time” qəzeti yazıb.

Ən ciddi dağıntılar Saravak ştatının mərkəzi və şimal bölgələrində qeyd olunub, burada daşqın çaylarının hündürlüyü 5 metrə çatır.

Daşqınlar ölkənin şərqin də təxminən bir həftə davam edən güclü yağıntılar səbəbindən başlayıb. Hava proqnozlarına görə, yaxın günlərdə yağış miqdarı azalacaq.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: