Malayziyanın Baş naziri Mahathir Məhəmməd Azərbaycana səfər edəcək.
Bu barədə Milletinsesi.az-a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.
Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin Xarici İşlər naziri Sayfuddin Abdulla da yer alacaq.