Malaziyada leysan yağışlarının törətdiyi daşqınlar nəticəsində 47 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
Millətin Səsi.az xəbər veriri ki, aramsız davam edən leysan yağışları Malaziyanın bir çox bölgələrini su altında qoyub.
Pahang əyalətindən 33 mindən artıq insan təxliyə olunub.
Qeyd edək ki, Selangor, Kelantan, Terengqanu, Pahang, Melaka, Negeri Sembilan, Perak və Kuala Lumpur kimi şəhərlər ən çox zərər görən ərazilərdir.