“Mançester Siti” bahalı vəkil tutdu – UEFA-ya qalib gəlmək üçün

“Mançester Siti” UEFA-ya qarşı apelyasiya şikayəti işi üzrə tanınmış vəkil Devid Panniklə müqavilə bağlayıb.

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Siti” klubun 2 mövsüm Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verəcək. Məlumata görə, klub Pannikə bir gün üçün 20 min funt (23 min 900 avro) ödəyəcək.

Qeyd edək ki, Pannika ölkəsində Böyük Britaniyanın Avropa Birliyindən çıxması işindəki vəkillik fəaliyyəti ilə məşhurlaşıb.

Share: