
“Mançester Siti” müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı portuqaliyalı futbolçunun yeni sözləşməsi 2029-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, R.Diaş 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, “şəhərlilər”də 222 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə iedib.QOL.az