“Mançester Siti” “Tottenhem”in futbolçusu Harri Keynlə maraqlanır.
Qol.az “Bild”ə istinadən xəbər verir ki, Mançester təmsilçisinin 27 yaşlı hücumçu üçün yay transfer pəncərəsində 100 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn 2011-ci ildən əsas komandada oynayır. O, bu mövsüm İngiltərə Premyer Liqasında 15 matçda 9 qol vurub, 10 qolun ötürməsini verib.