“Mançester Siti” “Barselona”nın kapitanı Lionel Messiyə müqavilə təklif etməyə hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə təmsilçisi 2021-ci ilin yanvarında argentinalı hücumçuya təklif göndərəcək. Həmin vaxt 35 yaşlı oyunçunun Kataloniya klubu il müqaviləsinin bitməsinə 6 ay qalacağı üçün o, digər klublarla danışıqlara başlaya biləcək.
“Mançester Siti” isə “Barselona”da sabiq prezident Xosep Bartomeunun və direktorlar şurasının istefasından sonra klubda olan qeyri-müəyyənlikdən istifadə edərək, Messini bu transferə inandırmaq istəyir.
Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edir.