“Mançester Yunayted” “Vest Hem”in futbolçusu Deklan Raysı heyətinə qatmaq istəyir.
Qol.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” 21 yaşlı yarımmüdafiəçi üçün “Çelsi” ilə mübarizə aparacaq.
London təmsilçisinin baş məşqçisi Frenk Lempard ingiltərəli oyunçunun komandasında görməyə israrlıdır. Buna görə də “Çelsi” artıq qarşı tərəflərə danışıqlara başlayıb. Lakin “Mançester Yunayted” Deklanı əldən vermək niyyətində deyil.
Qeyd edək ki, D.Rays bu mövsüm Prmeyer Liqada 17 matça çıxıb və 1 qolun ötürməsini verib. Onun “Ves Hem”lə müaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.