“Tromse”nin hücumçusu İsak Hansen-Aaren “Mançester Yunayted”lə müqavilə imzalayıb.
Qol.az-ın xəbərinə görə, bu barədə Norveç klubunun saytı məlumat yayıb. Norveçlilərin qeyri-adi istedadlı futbolçu adlandırdıqları 16 yaşlı hücumçu hazırda İngiltərədədir və klubun akademiyasında məşqlərə başlayıb.
Qeyd edək ki, o, artıq 15 yaşındaykən yetirməsi olduğu “Tromse”nin əsas komandasında debüt edib və 7 rəsmi matçda oynayıb. O, bu oyunların birində qol ötürməsi verib.