Cari ilin 20 may tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə və Diasporla İş üzrə Dövlət Komitəsinin, Baş Konsulluğun təşkilatçılığı ilə Mangistau vilayətinin Xalq Assambleyasında- Dostluq evində, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Millətin Səsi.az xəbər verir ki, tədbir 3 hissədən ibarət olub.
Fotosərgi, konsert programı və furşet. Mangistau Vilayət Akimi (qubernatoru) Nurlan Noqayev başda olmaqla rəsmi qonaqlar ilk öncə fotosərgiyə baxış keçirmiş, sonra isə konsert programında iştirak edib. Konsert proqramında ilk öncə dövlət himnləri səsləndirilmişdir. Sonra aparıcı İlkin Orucov Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək, sözü Baş Konsulluğun başçısı Elçin Məmmədova verilmişdir.
Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında xüsusi xidmətləri barədə məlumat vermişdir.
Bununla yanaşı, cari ilin aprel tarixində Astana şəhərində Ümumilli lider Heydər Əliyevin adına əbədiləşdirilmiş parkda iki ölkənin Prezidentlərinin Ulu Öndərlə bağlı bölüşdüyü xatirələrdən danışmışdır.
Sonda qonaqlara tədbirdə iştirak edərək, xalqımızın böyük oğlu Heydər Əliyevə tərəflərində göstərilən xüsusi hörmətə görə hərkəsə təşəkkürünü bildirmişmir.
Daha sonra Mangistau Vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Ulu öndər Heydər Əliyevin iki tərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərindən danışmış və daim Qazaxıstan xalqına və dövlətinə göstərdiyi xüsusi rəğbətdən danışmışdır. Bununla yanaşı Ulu Öndər tərəfindən bünövrəsi goyulmuş yüksək səviyyəli tarixi əlaqələrin günü gündən dahada inkişaf etdiyini bildirmişdir. Qazaxıstanın bir çox sahələrində Azərbaycan təcrübəsini paylaşıldığını və Azərbaycanda gedən sosial iqtisadi inkişafdan məlumat vermişdir. Sonra isə Azərbaycan Qazaxıstan xalqları arasındakı tarixi köklərə söykənən dostluq qardaşlıa əlaqələrindən və iki tərəfli münasibətlərin inkişafında mövcud olan potensialdan danışmışdır.
Sonda hərkəsə təşəkkür bildirmiş və Qazax xalqının hər zaman Azərbaycanın yanında olduğunu bildirmişdir.
Tədbir Natiq ritm qrupunun Qarabağ kompozisiyası ilə başlanmışdır. Daha sonra Mirvari rəqs qrupu və Şəhriyar İmanovun Repertuarları ilə davam etmişdir. Həmçinin Qazaxıstanın milli rəqs qrupları və milli mahnıları səsləndirilmişdir.
Tədbir qonaqlar tərəfindən yüksək qarşılanmışdır. SonraAzərbaycan təamlarınıdan ibaret furşet təşkil olunmuşdur.