Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək?

İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

Bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.

Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

Share: