“Çelsi”nin baş məşqçisi Enzo Mareska müqavilənin uzadılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, bu haqda Britaniya mətbuatə məlumat yayıb.
Mütəxəssis gələcəyi ilə bağlı deyib: “Yeni müqaviləyə layiq olub-olmadığımı klubdan soruşaram. Qərar vermək isə onların öz işidir”.
45 yaşlı Enzo Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. Bu müddət ərzində komanda onun rəhbərliyi altında 89 oyun keçirib, 55 qələbə qazanıb, 14 heç-heçə edib və 20 məğlubiyyətlə üzləşib.
Məşqçinin “zadəgalar”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.


