Mariya Stadnik Avropa çempionu oldu – 9-cu dəfə

Mariya Stadnik Avropa çempionu oldu – 9-cu dəfə

Qadın güləşçimiz Mariya Stadnik Xorvatiyada keçirilən Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, idmançımız yarışda Ukrayna güləşçisi Oksana Livaçla üz-üzə gəlib.

 

Güləşçimiz rəqibini 9:4 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

 

Qeyd edək ki, bu, Stadnikin Avropada qazandığı 9-cu qızıl medal olub.

Mənbə

Share: