Marsda qədim okean izləri aşkarlanıb.
Modern.az xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar.
Bildirilir ki, qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.
Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir.
2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda mikroorqanizmlər planetin səthi yaxınlığında əvvəllər düşünüldüyündən çox daha uzun müddət yaşaya bilər.