Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, rayonun Ərçivan kəndində “LADA” markalı minik avtomobilinin yol kənarındakı su kanalına aşıb.
bahis
Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.