Masallı rayonunda avtomobil aşıb.
“Report”un xəbərinə görə 1990-cı il təvəllüdlü Hüseynova Fərmudə Əlipənah qızı idarə etdiyi “Nussan Sunny minik” markalı avtomobilli aşırıb.
Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il əvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub, S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanmışdır.


