Maşın almaq istəyənlərin bir milyonunu mənimsəyən avtosalon sahiblərinə ağır cəza verildi

Maşın almaq istəyənlərin bir milyonunu mənimsəyən avtosalon sahiblərinə ağır cəza verildi

Bakıda 14 nəfərə qarşı ümumilikdə bir milyon manatlıq dələduzluq edən avtosalon rəhbərləri Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Milletinsesi.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və təqsirləndirilənlərin hər biri ayrı-ayrılıqda 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə müttəhimlərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdi.

Xatırladaq ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarına əsasən təqsirləndirilənlər avtomobil satışı adı ilə vətəndaşların pullarını mənimsəməkdə ittiham olunurlar. Kamil Habilli və Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) mühakimə ediliblər.

Share: