Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır


