Çində koronavirus səbəbi ilə maska geyinərək qaçan şəxsin ağciyəri partlayıb.
Həkimlər həmin şəxsin ağciyərinin partlamasına səbəb kimi maska ilə qaçmasını qeyd edib.
Çinin Uhan şəhərində yaşayan 26 yaşlı gənc təcili əməliyyat edilib. Həkimlərin verdiyi məlumata görə qoruyucu maska ilə qaçan şəxsin sol ağciyəri 90 faiz daralıb və ürəyi bədəninin sağ tərəfinə yönəlib.
Ürək və damar cərrahiyyəsi mütəxəssisi Çen Bojun insanlar arasında hava sızması olaraq bilinən pnevmotoraksa həssas olan şəxslərin maska ilə qaçmasının təhlükəli olduğunu vurğulayıb. O, əlavə edib ki, belə olan halda ağciyərlərə ağır yük düşür və ciddi fəsadlara səbəb olur.