Maska taxılmasına olan qorunma zərurəti yalnız hər bir ölkədə kütləvi vaksinləşmədən sonra aradan qalxa bilər.
Bunu rusiyalı immunoloq Vladislav Jemçuqov bildirib.
Onun hesablamasına görə, bu vaksinləşmə davam edərsə, 4 aydan sonra mümkün olacaq.
“Maskanı tamamilə o halda arxayınlıqla çıxarmaq olar ki, yaşadığınız regionda 60-70% əhali tam, yəni birinci və ikinci doza vaksinini almış olsun”. (medicina.az)