Mbappe PSJ-dən ayrılmaq istəyir

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında məğlubiyyətdən sonra PSJ klubundan ayrılmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Sport.es məlum yayıb.

 

İyirmi üç yaşlı hücumçu 2023-cü ilin yayında klubunu dəyişməyi düşünür. Futbolçu Fransanı tərk edərək daha güclü kluba keçmək arzusunda olduğunu bildirib.

 

Məlumata görə, Mbappe başqa kluba keçmək üçün maaşında ciddi azalma ilə də razılaşır.

 

Qeyd edək ki, cari ilin oktyabrın 12-də bir neçə klubun Mbappe ilə maraqlandığı məlum olub. Fransa yığmasının direktoru Antero Enrike onlara hücumçunun transferi üçün 400 milyon avro məbləğində vəsait açıqlayıb. Parislilərlə müqavilə üç mövsümlükdür və 2025-ci il iyunun 30-da başa çatacaq. Futbolçunun maaşı vergilər çıxdıqdan sonra illik 57 milyon avrodur.

Mənbə

Share: