Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini MDB müşahidə missiyası da izləyəcək.
Bunu Report-a MDB Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Koziak bildirib.
“Parlament seçkilərini müşahidə etmək barədə Azərbaycan tərəfinin dəvətini almışıq. Uzunmüddətli müşahidə missiyası Bakıda, təxminən, yanvarın 18-dən işə başlayacaq. Qrupun heyətinə MDB İcrariyyə Komitəsinin müşaviri Oleq Kuleba və daha 4 nəfər daxil olacaq”, – o deyib.
Bununla bərabər, seçkilər ərəfəsində MDB-nin qısamüddətli müşahidə missiyası da Bakıya ezam olunacaq.