MDB liderlərinin qeyri-rəsmi sammiti başladı

MDB liderlərinin qeyri-rəsmi sammiti başladı

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti start götürüb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sammit Boris Yeltsin adına Prezident Kitabxanasının inzibati binasında keçirilir.

 

Sammitin 26-27 dekabr tarixlərində davam etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev də sammitdə iştirak etmək üçün Rusiyaya səfər edib. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Mənbə

Share: