MDB XİN başçıları Səmərqənddə toplanır

Arelin 14-də Səmərqənddə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

 

Məlumata görə, görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistan nümayəndələri iştirak edəcək.

 

Toplantıda beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Mənbə

Share: