Bursanın Orhanqazi rayonunda mebel fabrikində baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə 1 saata söndürülüb.
Moderator.az xəbər verir ki, yanğın saat 00.45 radələrində Arapzadə rayonunda yerləşən mebel fabrikində baş verib.
Fabrikin anbar hissəsində naməlum səbəbdən baş verən yanğın odunların alışması ilə sürətlə böyüyüb.
Qruplar alovun fabrikin yanındakı ot tayasına keçməsini əngəlləyib.
Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
(Haber Global)