Media-QHT əməkdaşlığı müzakirə edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbəri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib.
 

Modern.az xəbər verir ki, əvvəlcə Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini qurumun yeni binası ilə tanış edib, fəaliyyəti barədə məlumat veriblər.
 

Tədbirdə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına faydalı olacaq. Həmçinin sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək. Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT-lər tərəfindən bu layihələr uğurla icra edilib.

Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
 

Sonra görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.
 

Mənbə

Share: