Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb

Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb

Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib.

 

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

 

Onun sözlərinə görə, müraciət edən media subyektlərindən 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.

 

Ə.İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist isə Media Reyestrinə daxil edilib:

 

“Reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti könüllüdür”.

Mənbə

Share: