
Artıq media subyektləri, bu subyektlərin yerləşdiyi binalar müasir müharibələrdə ilk vurulan hədəflər sırasındadır. Bunu İran-İsrail müharibəsi bir daha sübut etdi. Müharibənin elə ilk günlərində İran televiziyası və radiosunun binasına raket zərbələri endirən İsrail, bununla İran cəmiyyətinin informasiya təminatında problemlər yaratmağa çalışdı. Ötən gün İsrail hakerləri tərəfindən İran televiziyasının yayımının müvəqqəti ələ keçirilməsi də media subyektlərinin əsas hədəflər sırasında olduğunu göstərir.