Medvedev : Putinin məqsədi yeni Rusiya İmperiyası qurmaqdır

Ən böyük məqsədlərimizdən biri yanlış fikirlərlə dolu ukraynalıların zehnini dəyişdirməkdir. Biz hamıya, xüsusən də ukraynalılara sülh gətirəcək bir gələcək və nəticədə Vladivostokdan Lissabona qədər bir Avrasiya qurmağı hədəfləyirik.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev deyib.

Fevralın 24-də başlayan işğalı şərh edən Qərb ekspertləri isə  Putinin tarixi yenidən yazmaq və Avropanın yeni çərçivəsini Soyuq Müharibədən sonrakı dövrə uyğun formalaşdırmaq istədiyini bildiriblər.

Share: