Medvedev Ukraynanın itkilərini açıqladı: 850 milyard dollar

Rusiya ilə hərbi toqquşma nəticəsində Ukraynanın ümumi itkiləri 830-850 milyard dollara çatıb.

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev Telegram kanalında Goldman Sachs-ın məlumatlarına istinad edərək, 2022-ci ilin sonunda Ukraynada ÜDM-nin 35-36% azaldığını yazıb.
 

“Və onun Rusiya ilə toqquşmasından ümumi itkiləri 830-850 milyard dollara çatıb. Halbuki, 2021-ci ildə ölkədə ÜDM 200 milyard dollar təşkil etmişdi”, – Medvedev qeyd edib.

Medvedev deyib ki, bu rekord eniş Ukrayna İqtisadiyyat Nazirliyi tərəfindən də ölkə tarixində ən pis nəticə kimi tanınmalı idi.

Mənbə

Share: